İsrailin baş nazirinin korteji QƏZAYA DÜŞDÜ – FOTObackend

İsrailin baş nazirinin korteji QƏZAYA DÜŞDÜ – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrailin baş nazirinin korteji Qüdsdə, hökumət başçısının ofisindən bir qədər aralıda avtomobil qəzasına düşüb.

İnterpress.az xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb.

Bu gün Qüdsün Yitzhak Rabin prospektində, İsrail baş nazirinin dəftərxanasının binasından bir qədər aralıda baş nazir Binyamin Netanyahunun kortejindən olan avtomobilin iştirakı ilə qəza baş verib.

Toqquşma nəticəsində 17 yaşlı motosikletçi xəsarət alıb.

İnsident Qüdsdəki “Beyt Yad LeBanim” memorial kompleksində keçirilən İsrail ordusunun həlak olmuş əsgərlərinin anım günü münasibətilə keçirilən mərasimdən qısa müddət sonra baş verib.

Hadisənin səbəbləri araşdırılır.

Xuraman Etibarlı

İnterpress.az