Metroda GEDİŞ HAQQI: “Məsafəyə görə qiyməti Tarif Şurası müəyyənləşdirəcək” – ŞƏRHbackend

Metroda GEDİŞ HAQQI: “Məsafəyə görə qiyməti Tarif Şurası müəyyənləşdirəcək” – ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün nəqliyyat ekspertinin avtobus və metrolarda gediş haqqı ilə bağlı açıqlaması medianın gündəminə bomba kimi düşdü. Hər kəs nəqliyyatda gediş haqqının qalxacağından narahatlığını bildirsə də, bunun metrolarda dayanacağa görə necə hesablanacağı da düşündürən suallardan oldu.

Mövzu ilə bağlı İnterpress.az-ın suallarını elə nəqliyyat eksperti Elməddin Muradın özünə yönəltdik.

Ekspert gediş haqqı ilə bağlı hələ ki narahatçılığa səbəb olmadığını, lakin məsələ üzərində işlənildiyini bildirdi.

“Bu məsələyə baxılır, müzakirə olunur, müəyyən texniki məsələlər var ki, onlar həllini tapmalıdır.

Dayanacaqların. yəni stansiyaların sayına görə gediş haqqı ödəniləcək. Yəni çox gedilirsə. çox, az gedilirsə. az ödəniləcək. Yəni belə bir təklif var və müzakirə olunur.

İstənilən halda gediş haqqı Tarif Şurası tərəfindən müəyyənləşdirilir. Görək Tarif Şurası bu məsələyə necə baxacaq.

Bunlar hamısı texniki məsələlərdir, müzakirə olunur. Sadəcə təklif var ki, dünyanın bir çox ölkələrində belə bir metod var, Azərbaycanda da bunu tətbiq etmək olar.

Deyək ki, əlillərə, şəhid ailələrinə, qazilərə. pensiyaçılara, tələbələrə güzəşt olacaqsa, məsafəyə görə də gediş haqqı məsələsinə baxılmalıdır.

Bir sərnişin var 10 dayanacaq gedir, adigəri iki dayanacaq və eyni məbləğ ödəyirlər. Bu, əslində düzgün yanaşma deyil.

Bunun hansısa bir optimal həll yolu tapılmalıdır. Bu, həm də texniki məsələ olduğuna görə pul tələb edir, vəsait lazımdır, validatorlar dəyişilməlidir və s. Bir çox məsələlər öz həllini tapmalıdır”, – ekspert vurğulayıb.

Xuraman Etibarlı

İnterpress.az