Enerji içkiləri qan xərçənginə səbəb olur – ARAŞDIRMAbackend

Enerji içkiləri qan xərçənginə səbəb olur – ARAŞDIRMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Enerji içkiləri qan xərçənginə səbəb olur – taurin şiş hüceyrələrinin böyüməsini sürətləndirir. 

İnterpress.az xəbər verir ki, bu barədə alimlər araşdırma aparıb.

Mütəxəssislərin fikrincə, enerji içkilərinin səxavətlə yükləndiyi bir maddə olan taurinin artıq olması bədxassəli hüceyrələrin inkişafını sürətləndirə bilər.

Orqanizmdə istehsal olunsa da, artıqlığı şişlər üçün əlverişli mühit yaradır. İndiyədək gəmiricilər haqqında belə məlumatlar əldə edilib, lakin alimlər artıq həyəcan təbili çalırlar.

Mütəxəssislər enerji içkilərinin istehlakını məhdudlaşdırmağı və ya heç olmasa tərkibini öyrənməyi, yüksək dozada taurindən çəkinməyi məsləhət görürlər.

Xuraman Etibarlı

İnterpress.az