Zakir Həsənov hərbi hissələrdə xidməti döyüş fəaliyyəti ilə maraqlanıbbackend

Zakir Həsənov hərbi hissələrdə xidməti döyüş fəaliyyəti ilə maraqlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qurban bayramı münasibətilə Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi hissələri ziyarət edərək şəxsi heyətlə görüşüb.

Bu barədə İnterpress.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev, Birinci vitse-prezidenti, Mehriban xanım Əliyeva və müdafiə naziri general-polkovnik Zakir Həsənovun bayram təbrikləri şəxsi heyətə çatdırılıb.

Nazirliyin rəhbər heyəti, həmçinin döyüş mövqeyində hərbi qulluqçularla görüşüb, onların xidməti-döyüş fəaliyyəti ilə maraqlanıb.