Suriya XİN İsrailin Dəməşq ətrafına endirdiyi zərbələri PİSLƏDİbackend

Suriya XİN İsrailin Dəməşq ətrafına endirdiyi zərbələri PİSLƏDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Suriya Xarici İşlər Nazirliyi İsrailin Dəməşq ətrafına endirdiyi zərbələri pisləyib.

İnterpress.az xəbər verir ki, bu barədə Suriya Xarici İşlər Nazirliyi bəyanat yayıb. Suriya tərəfinin bildirdiyinə görə, nazirlik ötən gecə İsrail qüvvələrinin Dəməşq ətrafında ölkə ordusunun bölməsinə endirdiyi pilotsuz təyyarələrin hava hücumunu pisləyib.

Nazirlik qeyd edib ki, iki hərbçinin ölümü ilə nəticələnən bu hücumlar “beynəlxalq hüququn və BMT Nizamnaməsinin kobud şəkildə pozulmasıdır”.

“Suriya beynəlxalq ictimaiyyəti, xüsusilə də BMT-ni hüquqi və mənəvi məsuliyyəti öz üzərinə götürməyə və təkrarlanan bu hücumlara tamamilə son qoymağa çağırır”, – XİN-in bəyanatında deyilir.

Suriya mediası ötən gecə yuxarıda adı çəkilən zərbələr barədə məlumat yayıb.

İsrail bu xəbərlərə münasibət bildirməyib.

Xuraman Etibarlı

İnterpress.az