​​Çin NATO ölkələrini HƏDƏLƏDİbackend

​​Çin NATO ölkələrini HƏDƏLƏDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çin NATO ölkələrinin mümkün rüsum qərarına cavab verəcəyi ilə hədələyib.

İnterpress.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Tszyan NATO və G7 ölkələrinin Pekinin Rusiya nefti alışı ilə bağlı mümkün gömrük rüsumları tətbiq edəcəyi barədə sualı cavablandırarkən deyib.

O bəyan edib ki, Çin bunun qarşılığında sərt addımlar ata bilər.

“Çinin bütün dünya, o cümlədən Rusiya ilə apardığı normal ticarət-iqtisadi və enerji əməkdaşlığı qanunidir və heç bir irad doğurmur.

Əgər Çinin qanuni hüquq və mənafeləri pozularsa, ölkəmiz qəti şəkildə cavab tədbirləri görəcək, suverenliyimizi, təhlükəsizliyimizi və inkişaf maraqlarımızı qətiyyətlə müdafiə edəcəyik”, – Lin Tszyan vurğulayıb.

Xuraman Etibarlı

İnterpress.az