Aİ İrana qarşı 2015-ci ildə dayandırılmış sanksiyaları BƏRPA ETDİbackend

Aİ İrana qarşı 2015-ci ildə dayandırılmış sanksiyaları BƏRPA ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Aİ İrana qarşı 2015-ci ildə dayandırılmış sanksiyaları qismən bərpa edib.

İnterpress.az xəbər verir ki, bu qərar BMT Təhlükəsizlik Şurasının İrana qarşı sanksiyalarının bərpası və Aİ3-ün Snapback mexanizminin işə salınması ilə əlaqədar verilib.

Sənəddə aydınlıq gətirilir ki, bu, həm BMT Təhlükəsizlik Şurasının sanksiyalarını bərpa etməsinə, həm də Brüssel tərəfindən avtonom məhdudiyyətlərə aiddir.

Tədbirlərə bəzi şəxslərin Aİ-yə girişinə qadağa, sanksiya siyahılarına daxil edilmiş fiziki və hüquqi şəxslərin aktivlərinin dondurulması, ticarət məhdudiyyətləri, İran Mərkəzi Bankı və bir sıra iri kommersiya banklarının aktivlərinin dondurulması və İranın yük reysləri üçün Avropa hava limanlarına girişin qadağan edilməsi daxildir.

Xuraman Etibarlı

İnterpress.az