Türkiyə Hərbi Dəniz Qüvvələrinin freqatları hazırda Qəzzadan üç günlük yolda olan “Qlobal Sumud” donanmasını müşayiət etməyə başlayıb.
İnterpress.az xəbər verir ki, Yaxın Şərqdə vəziyyət daha da gərginləşir.
Bəzi mənbələrin məlumatına görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailə qarşı mümkün eskalasiyaya hazırlaşır.
Bu kontekstdə Türkiyə Hərbi Dəniz Qüvvələrinin freqatları “Global Sumud” humanitar flotunu müşayiət etməyə başlayıb.
Flot hal-hazırda Qəzza zolağından təqribən üç günlük məsafədə yerləşir. Müşahidəçilər qeyd edirlər ki, bu addım regionda böyük siyasi və hərbi nəticələr doğura bilər.
Hazırda iki ssenari mümkün sayılır: ya İsrail və Türkiyə arasında bu məsələ ilə bağlı gizli razılaşma əldə olunub və flotun Qəzzaya daxil olmasına icazə veriləcək, ya da bölgədə ciddi hərbi qarşıdurma, o cümlədən dənizdə silahlı insident riski artır.
Hər iki ölkədən – nə İsrail, nə də Türkiyədən məsələ ilə bağlı rəsmi açıqlama verilib. Yaxın günlərdə regionda vəziyyətin necə inkişaf edəcəyi diqqətlə izlənir.
Xuraman Etibarlı
İnterpress.az