Alimlər sınıqları sürətlə sağaldan sümük yapışqanı YARATDIbackend

Alimlər sınıqları sürətlə sağaldan sümük yapışqanı YARATDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çinli tədqiqatçılar Bone-02 adlı yeni bioloji yapışqan yaradıb.

İnterpress.az xəbər verir ki, çinli alimlər bir neçə dəqiqə ərzində sınıqları sağaldan sümük yapışqanı yaradıblar.

Bu maddə istiridyələrin qayalara yapışmaq üçün ifraz etdiyi maddə əsasında hazırlanıb və sümük səthinə sürətli və möhkəm birləşmə yaradır.

Bone-02 artıq 150 pasiyent üzərində sınaqdan keçirilib, tamamilə orqanizmdə əriyir və əlavə əməliyyata ehtiyac qalmır.

Alimlər bu texnologiyanı bərpa müddətini aylarla qısaldan və mürəkkəb cərrahi müdaxilələri əvəz edə biləcək böyük elmi irəliləyiş hesab edirlər.

Preparatın yaxın vaxtlarda satışa çıxarılması gözlənilir.