Yaxın Şərqdə sülh hər vasitə ilə təmin olunacaq.
İnterpress.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp X sosial şəbəkə hesabında yazıb.
Tramp bildirib ki, HƏMAS artıq uzun illərdir Yaxın Şərqdə amansız və vəhşi təhdid təşkil edir.
Onlar insanların həyatını dözülməz hala gətiriblər, bunun kulminasiyası isə 7 oktyabrda İsraildə baş verən qırğın olub – körpələr, qadınlar, azyaşlılar, yaşlılar və gənclər qətlə yetirilib.
Tramp vurğulayıb ki, HƏMAS-a son şans veriləcək.
Böyük, güclü və zəngin Yaxın Şərq ölkələri, qonşu ərazilərlə birlikdə və ABŞ-nin dəstəyi ilə, İsrailin yardımı ilə Yaxın Şərqdə 3 min ildən sonra sülhün bərqərar olmasını razılaşdırıblar. Nəticədə bölgədə zorakılıq və qan tökmə dayandırılacaq.
Tramp qeyd edib ki, HƏMAS-la razılaşma Vaşinqton vaxtı ilə bazar günü saat 18:00-dək əldə edilməlidir.
Əgər son razılaşma baş tutmasa, HƏMAS qarşısında heç vaxt görülməmiş bir cəza həyata keçiriləcək.
Xuraman Etibarlı
İnterpress.az