Avstraliya Yaxın Şərqdəki diplomatlarının ailələrini təxliyə etməyə başlayıb.
İnterpress.az xəbər verir ki, bu barədə Avstraliya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Avstraliya hökuməti regionda davam edən yüksək gərginlik fonunda Yaxın Şərqdəki bəzi nümayəndəliklərində çalışan diplomatların və rəsmi şəxslərin ailə üzvlərini təxliyə etməyi təklif edir.
Nazirliyin bəyanatında İsrail, Livan, İordaniya, Qətər və BƏƏ-dəki (Birləşmiş Ərəb Əmirlikləri) diplomatik missiyaların adları xüsusi qeyd olunub.
“Biz hələ də həmin yerlərə səfər edərkən son dərəcə ehtiyatlı olmağı tövsiyə edirik”, – nazirliyin bəyanatında bildirilir.
Bundan əlavə, qurum İsrail və Livanda olan Avstraliya vətəndaşlarına müraciət edərək, hələlik kommersiya uçuşları mümkün ikən həmin əraziləri tərk etmək imkanlarını nəzərdən keçirməyə çağırıb.
Xatırladaq ki, regionda hərbi və siyasi gərginliyin artması bir çox ölkəni bənzər təhlükəsizlik tədbirləri görməyə sövq edir.
Xuraman Etibarlı
İnterpress.az






