Qazaxıstan İsrailə birbaşa aviabreyslərə BAŞLAYIRbackend

Qazaxıstan İsrailə birbaşa aviabreyslərə BAŞLAYIR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qazaxıstan İsrailə birbaşa aviabreyslərə başlayır.

İnterpress.az xəbər verir ki, bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qazaxıstanın İsraildəki səfiri Emberdiyev İsrail Mülki Aviasiya İdarəsinin rəhbəri Zakay ilə görüşüb. Görüşün əsas müzakirə mövzusu iki ölkə arasında birbaşa hava əlaqəsinin reallaşdırılması olub.

Görüş zamanı tərəflər təsdiqləyiblər ki, Qazaxıstanın “SCAT Airlines” aviaşirkəti bu ilin yay mövsümündən etibarən İsrailə birbaşa uçuşlara başlayacaq.

Bildirilib ki, respublikanın digər aviadaşıyıcısı “Air Astana” ilə də bu istiqamətdə danışıqlar davam etdirilir.

Bu addımın iki ölkə arasında iqtisadi və turizm əlaqələrinin inkişafına mühüm töhfə verəcəyi gözlənilir.

Xuraman Etibarlı

İnterpress.az