Paşinyanla insidentdə iştirak edən şagird HƏBS EDİLDİbackend

Paşinyanla insidentdə iştirak edən şagird HƏBS EDİLDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nikol Paşinyanla insidentdə iştirak edən 18 yaşlı şagird həbs olunub.

İnterpress.az xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.

Müqəddəs Anna kilsəsində Ermənistanın Baş naziri Nikol Paşinyanla bağlı baş verən insidentdə iştirak etməkdə təqsirləndirilən 18 yaşlı şagird Davit Minasyan barəsində hökm çıxarılıb.

Hakim Mnatsakan Martirosyanın qərarı ilə o, 2 ay müddətinə həbs edilib.

Vəkil Lusine Martirosyan bildirib ki, həbs olunan şagird “Armavir” cəzaçəkmə müəssisəsinə gətirilərkən halı pisləşib.

O, huşunu itirdiyi üçün dərhal xəstəxanaya çatdırılıb.

Xuraman Etibarlı

İnterpress.az