QƏRİBƏ ÖLÜM: Qadın onlayn sifariş etdiyi bağlamaların altında QALDIbackend

QƏRİBƏ ÖLÜM: Qadın onlayn sifariş etdiyi bağlamaların altında QALDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İtaliyada qadın onlayn sifariş etdiyi bağlamaların altında qalaraq ölüb.

İnterpress.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

İtaliyada dəhşətli bədbəxt hadisə baş verib. 57 yaşlı qadın yaşadığı mənzildə sifariş etdiyi saysız-hesabsız bağlama və qutuların altında qalaraq dünyasını dəyişib.

Mənzilin içi o qədər qutu və paketlə dolu olub ki, xilasedicilər qadının meyitini tapmaq üçün saatlarla “dağıntıları” təmizləməli olublar.

İlkin ehtimala görə, qadın mənzildə hərəkət edərkən ayağı büdrəyib və yerə yıxılıb. Bu zaman yığılmış çoxlu sayda bağlama onun üzərinə tökülərək “uçqun” yaradıb.

Qadın ağırlıq altında qaldığı və çıxa bilmədiyi üçün boğularaq ölüb.

Xuraman Etibarlı

İnterpress.az