Böyük Britaniyanın keçmiş müdafiə naziri Ben Uolles axtarışa verilib.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin axtarış bazası məlumat yayıb.
Böyük Britaniyanın keçmiş müdafiə naziri Ben Uolles Rusiya tərəfindən cinayət məsuliyyətinə cəlb edilib.
O, Rusiya Federasiyasının Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə axtarışa elan olunub.
Daxili İşlər Nazirliyinin axtarış bazasında Uollesin şəxsi məlumatları “axtarışda olan şəxs” kimi qeydə alınıb. Lakin sabiq nazirin hansı konkret cinayət əməllərində ittiham olunduğu və ona qarşı hansı maddə ilə iş açıldığı barədə rəsmi açıqlama verilməyib.
Rusiya hüquq-mühafizə orqanları beynəlxalq axtarış prosedurları çərçivəsində tədbirləri davam etdirir.

Xuraman Etibarlı
İnterpress.az






