ABŞ Kuba inqilabının liderlərindən biri, 94 yaşlı Raul Kastronu ittiham etməyə hazırlaşır.
İnterpress.az xəbər verir ki, bu barədə “Reuters” ABŞ Ədliyyə Nazirliyinin nümayəndəsinə istinadən məlumat yayıb.
Amerika Birləşmiş Ştatları rəsmiləri Kuba inqilabının simalarından biri, 94 yaşlı Raul Kastroya qarşı rəsmi ittihamlar irəli sürməyə hazırlaşır.
“CBS News” telekanalının məlumatına görə, sözügedən ittihamlar 1996-cı ildə baş vermiş insidentlə bağlıdır.
Həmin vaxt Kuba Hərbi Hava Qüvvələri Mayami şəhərində yerləşən “Qardaşlar yardıma gəlir” (“Brothers to the Rescue”) adlı mühacir təşkilatına məxsus iki təyyarəni vurmuşdu.
ABŞ prokurorluğu Raul Kastronun bu hadisədə birbaşa və ya dolayısı ilə məsuliyyət daşıdığını iddia edir.
Bu qərar ABŞ və Kuba arasında onsuz da gərgin olan diplomatik münasibətlərin daha da pisləşəcəyi ilə bağlı narahatlıqları artırır.
Xuraman Etibarlı
İnterpress.az






