Səhiyyə Nazirliyi ELAN ETDİ: Tibb tələbələri hərbi vəzifəli sayılacaqbackend

Səhiyyə Nazirliyi ELAN ETDİ: Tibb tələbələri hərbi vəzifəli sayılacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynada tibb tələbələri hərbi vəzifəli olacaq və məzun olduqdan sonra zabit rütbəsi alacaqlar.

İnterpress.az xəbər verir ki, bu barədə Ukraynanın Səhiyyə Nazirliyi məlumat yayıb.

Ukraynanın Səhiyyə naziri Viktor Lyaşko bildirib ki, yeni tədris ilindən etibarən tibb universitetləri Ali Radanın qəbul etdiyi dəyişikliklər çərçivəsində məcburi hərbi hazırlığı tətbiq etməyə başlayacaq.

Proqram çərçivəsində tibb və əczaçılıq ixtisasları üzrə təhsil alan tələbələr üçün hərbi kafedraların yaradılması nəzərdə tutulur.

Təhsillərini başa vurduqdan sonra onlar ehtiyatda olan tibb xidmətinin zabiti rütbəsini ala biləcəklər.

Bundan əlavə, Lyaşko qeyd edib ki, Səhiyyə Nazirliyi Müdafiə Nazirliyinin sorğusu əsasında bəzi tibb işçilərinin bronunu (hərbi xidmətdən möhlət hüququnu) ləğv edərək onları Silahlı Qüvvələrdə və digər güc strukturlarında xidmətə cəlb edəcək.

Bu qərarın ölkədəki hərbi ehtiyaclar və səfərbərlik resurslarının artırılması çərçivəsində qəbul edildiyi bildirilir.

Xuraman Etibarlı

İnterpress.az