Redditor göyərçinləri qovmaq üçün süni intellektli avtomatik taret (tüfəng) yığıb.
İnterpress.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Göyərçinlərin balkonunun ətrafında daimi toplaşması və oranı çirkləndirməsindən bezən bir “Redditor” istifadəçisi problemin həlli üçün qeyri-adi bir üsula əl atıb.
O, bu məsələyə ağıllı yanaşaraq özü üçün avtomatik taret sistemi hazırlayıb.
Sistem “Orange Pi 5” mini-kompüteri, neyron şəbəkəsi, veb-kamera və su şırnağı atan qurğudan ibarətdir.
İndi sistem quşları avtomatik tanıyır və onları su şırnağı ilə balkonun ətrafından uzaqlaşdırır.
İxtiraçının bu addımı sosial şəbəkələrdə maraqla qarşılanıb, bir çox istifadəçilər sistemin effektivliyini yüksək qiymətləndiriblər.
Xuraman Etibarlı
İnterpress.az






