Şuşada “Xarıbülbül” Festivalı: Milli birliyin rəmzi – Tənzilə Rüstəmxanlı yazırbackend

Şuşada “Xarıbülbül” Festivalı: Milli birliyin rəmzi – Tənzilə Rüstəmxanlı yazır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şuşada keçirilən “Xarıbülbül” Festivalı Azərbaycan tarixinin ən mühüm mədəniyyət hadisələrindən biridir. 1989-cu ildən keçirilən bu festivala hər zaman yüksək diqqət göstərilib. O zamanlar dünyanın müxtəlif ölkələrindən olan müsiqi ansamblları festivalda iştirak ediblər. Yaponiya, Almaniya, Türkiyə və İspaniya kimi ölkələrdən gələn iştirakçılar festivalın rəngarəng keçməsinə səbəb olublar.

media-whatsapp-image-2025-11-25-at-14-11-56

Uzun fasilədən sonra 2021-ci ildən başlayaraq yenidən doğma Şuşamızda, Cıdır Düzündə təşkil edilən bu tədbir Azərbaycanın gücünün göstəricisidir. Bu, uzunmüddətli siyasi-ideoloji mübarizənin məntiqi yekunu olan böyük tarixi qələbənin təntənəsidir.

Festival Azərbaycan xalqının milli birlik və həmrəyliyini nümayiş etdirir. Eyni zamanda, dünya ictimaiyyətinə bu torpaqların əsl sahibinin kim olduğunu göstərir.

Öz coğrafi quruluşuna, tarixinə, mədəni abidələrinə və bir çox parametrlərinə görə unikallığı ilə fərqlənən Şuşa yaxın gələcəkdə dünya miqyasında da tanınan yerlərdən biri olacaq.

Festivallar böyük bir mədəni hadisədir. Dünyada bir çox şəhərlərin adı məhz orada keçirilən festiavalların adları ilə bağlıdır. “Xarıbülbül” musiqi festivalı da öz tarixi və rəngarəngliyi olan, keçirildiyi dövrdə bir çox mədəniyyət insanlarının diqqətini cəlb edən bir mədəniyyət hadisəsidir.

Festivalın proqramı və formatının ideoloji məzmununun milli birlik, həmrəylik, əzmkarlıq, tarixi və milli ənənələrə sədaqət kimi dəyərlər üzərində qurulub.

“Xarıbülbül” Musiqi Festivalı Azərbaycan xalqının mənəvi, tarixi, mədəni irsinin dünyada tanıdılmasına və gələcək nəsillərə ötürülməsinə misilsiz töhfədir.