Cənubi Osetiyada çaya düşən Rusiya vətəndaşının Gürcüstan ərazisinə aparıldığı ehtimal edilir.
İnterpress.az xəbər verir ki, bu barədə TASS-a Cənubi Osetiya nümayəndə heyətinin rəhbəri Yeqor Koçiyev məlumat yayıb.
Cənubi Osetiyada bədbəxt hadisə nəticəsində çaya düşən Rusiya vətəndaşının axtarışları davam edir. 1974-cü il təvəllüdlü qadın mayın 21-i axşam saatlarında Liaxva çayına düşüb.
Axtarış-xilasetmə qrupları çay sahili boyunca genişmiqyaslı tədbirlər həyata keçirsə də, hələlik heç bir nəticə əldə olunmayıb.
Çayın axını istiqamətini nəzərə alan rəsmilər qadının Gürcüstan ərazisinə keçmiş olması ehtimalını da istisna etmirlər.
Bu səbəbdən, Cənubi Osetiya tərəfi gürcü tərəfinə kömək üçün müraciət edib.
Axtarış işləri çətin relyef şəraitində davam etdirilir.
Xuraman Etibarlı
İnterpress.az






