Rusiya Maarifçilik Universitetinin tələbəsi Polina Kostikova 5 il müddətinə həbs edilib.
İnterpress.az xəbər verir ki, bu barədə TASS-a Moskva Ostankino Məhkəməsinin mətbuat xidmətindən məlumat verilib.
Rusiya Maarifçilik Universitetinin tələbəsi Polina Kostikova hərbi məhkəmənin hökmü ilə 5 il müddətinə azadlıqdan məhrum edilib.
O, Rusiyada qadağan olunmuş Rusiya Könüllülər Korpusu (RDK) terror təşkilatına tibb işçisi kimi qoşulmağa cəhd etməkdə təqsirli bilinib.
Qeyd edək ki, daha əvvəl Kostikova gəncləri RDK-ya cəlb etməkdə ittiham olunaraq həbs edilmişdi.
İttiham olunan şəxs artıq Rusiyada terrorçular siyahısına daxil edilib.
Məhkəmənin qərarı ilə tələbə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.
Xuraman Etibarlı
İnterpress.az






