“Spartak” futbolçuları Rusiya Kubokunu qazandıqdan sonra kuboku sındırıblar.
İnterpress.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Rusiya Kubokunun qalibi olan “Spartak” klubunun futbolçuları qələbə sevincini qeyd edərkən xoşagəlməz hadisəyə yol veriblər.
Klubun oyunçuları kubokun təqdimetmə mərasimindən dərhal sonra qazandıqları “trofeyi” qırıblar.
Hadisənin şahidləri və mətbuat nümayəndələri kubokun ehtiyatsız davranış nəticəsində zədələndiyini bildiriblər.
Xuraman Etibarlı
İnterpress.az






