Filippində işçi aşan kranın oxu altında qalaraq həlak olub.
İnterpress.az xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.
Filippində tikinti meydançasında bədbəxt hadisə baş verib. İşçilərdən biri tikinti texnikasına çox yaxın məsafədə dayanarkən faciə yaşanıb.
Məlumata görə, kranın qaldırdığı yükün ağırlığına dözməyən tros qəflətən qırılıb. Nəticədə texnikanın oxu aşaraq yaxınlıqda olan yerli sakinin üzərinə düşüb.
İşçi aldığı ağır xəsarətlərdən hadisə yerindəcə keçinib.
Hazırda tikinti şirkətinin rəhbərliyi və texniki təhlükəsizlik qaydalarına riayət olunması ilə bağlı araşdırmalara başlanılıb.
Xuraman Etibarlı
İnterpress.az






