Serbiyada kütləvi etiraz aksiyaları qarşıdurma ilə nəticələnib.
İnterpress.az xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.
Serbiyanın paytaxtı Belqradda ötən gecə müxalif düşüncəli gənclərin iştirakı ilə genişmiqyaslı kütləvi iğtişaşlar baş verib.
Hakimiyyət orqanlarının məlumatına görə, polis və etirazçılar arasında baş verən toqquşmalarda 17 hüquq-mühafizə orqanı əməkdaşı xəsarət alıb, 47 nəfər isə saxlanılıb.
Ən gərgin qarşıdurmalar parlament binasının qarşısında prezident tərəfdarlarının düşərgəsi yaxınlığında qeydə alınıb.
Bazar günü artıq iğtişaşların izləri təmizlənib və nəqliyyatın hərəkəti tam bərpa edilib.
Qeyd edək ki, kütləvi aksiyalara səbəb 2024-cü ildə Novi-Sadda dəmir yolu vağzalında tentin (naves) uçması nəticəsində 16 nəfərin həlak olması olub.
2025-ci ilin avqustunda oxşar etiraz aksiyası zamanı da nümayişçilər növbədənkənar seçkilərin keçirilməsini və hakimiyyət dəyişikliyini tələb edərək yolları bağlamış və polislə toqquşmuşdular.
Hazırda ölkədə vəziyyət stabilləşsə də, siyasi gərginlik yüksək olaraq qalır.
Xuraman Etibarlı
İnterpress.az






