Havada TOQQUŞMA: Təyyarə paraşütçünü VURDU – VİDEObackend

Havada TOQQUŞMA: Təyyarə paraşütçünü VURDU – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avstriyada təyyarə havada paraşütçünü vurub.

İnterpress.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Avstriyada qorxulu bir aviasiya hadisəsi yaşanıb. Yüngülmühərrikli təyyarə yüksək sürətlə uçarkən paraşütçü qızın paraşütinə çırpılıb.

Toqquşmadan sonra qız sürətlə yerə doğru düşməyə başlayıb.

Hadisə yerində yaranan ciddi təhlükəyə baxmayaraq, paraşütçü ehtiyat paraşütünü açaraq sağ qalmağı bacarıb.

Təyyarənin pilotu isə nəzarəti itirməyərək təhlükəsiz şəkildə yerə enə bilib.

Hazırda aviasiya orqanları tərəfindən insidentin baş vermə səbəbləri və uçuş qaydalarının pozulması faktı ilə bağlı araşdırmalara başlanılıb.

Xuraman Etibarlı

İnterpress.az