“Eagle Verona” supertankeri Hörmüz boğazını TƏRK ETDİbackend

“Eagle Verona” supertankeri Hörmüz boğazını TƏRK ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İraq nefti daşıyan supertanker Hörmüz boğazından keçib.

İnterpress.az xəbər verir ki, bu barədə “Bloomberg” gəmi izləmə məlumatlarına istinadən məlumat yayıb.

Çinə təxminən 2 milyon barel İraq nefti daşıyan “Eagle Verona” supertankeri Fars körfəzini tərk edərək Hörmüz boğazı vasitəsilə Ərəb dənizinə daxil olub.

Məlumata görə, tanker fevralın 28-də Bəsrə neft terminalından yola düşüb və iyunun 12-də Çinin Ninbo limanına çatması planlaşdırılır.

“Equasis” dəniz bazasının məlumatlarına əsasən, tanker Malayziyanın “PETRONAS” qrupunun strukturuna daxil olan Sinqapurun “AET Inc PTE Ltd” şirkətinə məxsusdur.

Eyni zamanda, İran mediası son sutka ərzində İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələrindən icazə aldıqdan sonra 33 ticarət gəmisinin Hörmüz boğazından keçdiyini bildirib.

Regionda dəniz nəqliyyatının hərəkəti ciddi nəzarət altında saxlanılır.

Xuraman Etibarlı

İnterpress.az