Qızıl hasilatında KORRUPSİYA: Məmurlar və işbazlar şəbəkəsi İFŞA OLUNDU – VİDEObackend

Qızıl hasilatında KORRUPSİYA: Məmurlar və işbazlar şəbəkəsi İFŞA OLUNDU – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Zabaykalye diyarında qızıl hasilatı üçün qanunsuz lisenziya verən qrup saxlanılıb. 

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi (SK) və Federal Təhlükəsizlik Xidməti (FSB) məlumat yayıb.

Zabaykalye diyarında qızıl hasilatı sahələri üçün rüşvət müqabilində qanunsuz lisenziyalar verən cinayətkar qrup ifşa edilib.

İstintaqın məlumatına görə, qrupun tərkibinə iki yüksək vəzifəli məmur daxil olub. Onlar rüşvət alaraq sahibkarlara qanunsuz sənədlər təqdim ediblər.

FSB-nin məlumatına görə, lisenziya verilən ərazilərdəki kəşf edilmiş qızıl ehtiyatlarının ümumi dəyəri 1,5 milyard rubl (təxminən 35 664 000 manat) təşkil edir.

Məsuliyyətə cəlb edilən şəxslərin 60 milyon rubl (təxminən 1 427 000 manat) dəyərində əmlakı müsadirə edilib.

İşi araşdıran Svetlana Petrenko bildirib ki, cinayətkar qrupun digər əlaqələrinin və qanunsuz yolla verilən digər sənədlərin müəyyən edilməsi istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

Xuraman Etibarlı

İnterpress.az