Enni Heteuey 10 il ərzində sol gözünün kor olduğunu açıqlayıb.
İnterpress.az xəbər verir ki, bu barədə məşhur aktrisa xarici mətbuata müsahibəsində bildirib.
Dünyaca məşhur Hollivud ulduzu Enni Heteuey həyatı ilə bağlı şok bir detalı bölüşüb.
Aktrisa 30 yaşından 40 yaşına qədər – tam 10 il müddətində sol gözünün görmədiyini etiraf edib.
Maraqlıdır ki, bu müddət ərzində aktrisa aralarında “İnterstellar”ın da olduğu 15-dən çox filmdə çəkilib və onun bu ciddi sağlamlıq problemi heç kimin diqqətini cəlb etməyib.
Heteueyin sözlərinə görə, səbəb erkən yaşda yaranan katarakta olub. O, nəhayət, cərrahiyyə əməliyyatı keçirərək görmə qabiliyyətini bərpa edib.
Aktrisa qeyd edib ki, görmə qabiliyyətinin itirilməsi onun sinir sisteminə ciddi şəkildə mənfi təsir göstərib. Lakin o, görməsi bərpa olunana qədər bu vəziyyətin nə qədər ciddi olduğunun fərqində olmayıb.
Hazırda aktrisanın səhhəti tamamilə yaxşıdır və o, karyerasına uğurla davam edir.
Xuraman Etibarlı
İnterpress.az






