Estoniyalı sərhədçilər “Google Maps”dən istifadə etməməyi bildirib.
İnterpress.az xəbər verir ki, bu barədə ERR məlumat yayıb.
Estoniya sərhəd mühafizə xidməti gəmi və qayıq kapitanlarına “Google Maps” naviqasiya sistemindən istifadə etməməyi məsləhət görüb.
Buna səbəb xidmətin gəmiləri səhvən Rusiya Federasiyasının ərazi sularına yönəltmə ehtimalıdır.
Yaranan problemin kökündə Estoniya və Rusiya arasında Narva çayı üzərindəki naviqasiya buylarının (işarələrinin) yerləşdirilməsi ilə bağlı razılığın olmaması dayanır.
Son bir neçə ay ərzində naviqasiya xətası səbəbindən “qeyri-qanuni sərhəd keçidi” ilə nəticələnən azı dörd hal qeydə alınıb.
Sərhədçilər bildirirlər ki, “Google Maps”in göstəriciləri reallıqla üst-üstə düşmür və bu, beynəlxalq sərhədlərin pozulmasına səbəb ola bilər.
Xuraman Etibarlı
İnterpress.az






