Lüks butikə BASQIN: 370 000 manatlıq qadın çantaları OĞURLANDI – VİDEObackend

Lüks butikə BASQIN: 370 000 manatlıq qadın çantaları OĞURLANDI – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Parisdə lüks butikdən 200 min avroluq çanta oğurlanıb.

İnterpress.az xəbər verir ki, bu barədə “Franceinfo” radiosu hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən məlumat yayıb.

Fransanın paytaxtı Parisdə növbəti dəfə lüks butik soyğunçuluğu qeydə alınıb. Naməlum şəxslər avtomobillə mağazanın vitrinini darmadağın edərək içəri daxil olublar.

Cinayətkarlar ümumi dəyəri 200 min avro (təxminən 370 000 manat) olan bir neçə qadın çantasını ələ keçiriblər.

Basqınçılar hadisə yerindən qaçmaq üçün mayın 19-dan axtarışda olan “Peugeot 208” markalı avtomobildən istifadə ediblər.

Hazırda polis cinayətkarların və onlara məxsus avtomobilin tapılması istiqamətində genişmiqyaslı axtarış tədbirlərini davam etdirir.

Xuraman Etibarlı

İnterpress.az