Rusiyalı qadın Dubayda edam cəzası ilə ÜZ-ÜZƏ: Baqajında 17 kq marixuana AŞKAR EDİLDİbackend

Rusiyalı qadın Dubayda edam cəzası ilə ÜZ-ÜZƏ: Baqajında 17 kq marixuana AŞKAR EDİLDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyalı turist BƏƏ-də ölüm cəzası ilə üzləşir.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay hava limanında rusiyalı turist üçün faciəli hadisə yaşanıb. İvanovo vilayətindən olan Karina adlı qızın baqajında 17 kq marixuana aşkar edilib.

Dubayda “sıfır tolerantlıq” siyasəti tətbiq olunduğu üçün, qız bu cinayətə görə uzunmüddətli həbs, ömürlük azadlıqdan məhrumetmə və ya hətta ölüm cəzası ala bilər.

Məlumata görə, Karina Tailand vizasını uzatmaq üçün Böyük Britaniyadan olan tanışı (“Big Toms”) ilə birlikdə səyahət edib.

Qızın ailəsi iddia edir ki, o, tələyə salınıb. Belə ki, qızın pasportu yoldaşı tərəfindən alınıb, baqajı isə onun iştirakı olmadan distant şəkildə rəsmiləşdirilib.

Ailənin sözlərinə görə, Banqkokdan uçmazdan əvvəl onların çamadanları “dayvinq avadanlıqları” olduğu deyilən başqa bir çamadanla əvəz edilib.

Dubayda aparılan yoxlama zamanı isə həmin çamadanın içində narkotik vasitə aşkarlanıb və hər ikisi saxlanılıb.

Rusiya Federasiyasının BƏƏ-dəki səfirliyi vətəndaşın həbsini təsdiqləyib. Hazırda qızın ailəsi vəkillər tutaraq nəzarət kamerası görüntülərini və ekspertiza rəylərini əldə etməyə çalışır. Lakin müdafiə xərcləri artıq milyonlarla rubla çatır.

Birləşmiş Ərəb Əmirliklərində narkotik maddələrin daşınması ilə bağlı qanunvericilik çox sərtdir və istintaqın nəticəsi turist üçün həyati əhəmiyyət kəsb edir.

Xuraman Etibarlı

İnterpress.az