Bəndər-Abbasda PARTLAYIŞ SƏSLƏRİ: İranda GƏRGİN ANLARbackend

Bəndər-Abbasda PARTLAYIŞ SƏSLƏRİ: İranda GƏRGİN ANLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranın Bəndər-Abbas liman şəhərində üç partlayış baş verib.

İnterpress.az xəbər verir ki, bu barədə Yaxın Şərq mediası məlumat yayıb.

İranın strateji əhəmiyyətli liman şəhəri olan Bəndər-Abbasda güclü partlayışlar qeydə alınıb.

İlkin məlumatlara görə, şəhərdə ard-arda üç partlayış səsi eşidilib.

Hadisənin başvermə səbəbləri və mümkün tələfat barədə hələlik rəsmi məlumat verilməyib.

Hazırda yerli hakimiyyət orqanları və təhlükəsizlik xidmətləri ərazidə araşdırmalara başlayıb.

Xuraman Etibarlı

İnterpress.az