Soçi hava limanındakı tualetdə bir qız ilan aşkar edib.
İnterpress.az xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.
Rusiyanın Soçi hava limanına istirahətə gələn gənc qız təyyarədən düşən kimi gözlənilməz hadisə ilə üzləşib. O, hava limanının tualetinə daxil olarkən unitazda ilanla qarşılaşıb.
Qorxuya düşən qız dərhal hadisə yerindən uzaqlaşaraq çəkdiyi videonu hava limanının əməkdaşlarına göstərib. Lakin işçilərin reaksiyası qızı daha çox təəccübləndirib: onlar qızdan “panika yaratmamağı” xahiş ediblər.
İdarəetmə orqanları hava limanının sanitar və təhlükəsizlik vəziyyəti ilə bağlı yoxlamalara başlayıb-başlamadığı barədə hələlik rəsmi məlumat verməyib.
Xuraman Etibarlı
İnterpress.az






