İrkutskda şəkil çəkdirən tələbə 100 metrlik qayadan yıxılaraq həlak olub.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Rusiyanın İrkutsk vilayətində faciəvi hadisə baş verib. Gənc bir tələbə qız fotoçəkiliş zamanı 100 metr hündürlükdən yıxılaraq dünyasını dəyişib.
Məlumata görə, qız şəkil çəkdirmək üçün qayanın kənarındakı çıxıntıya ayaq basıb, lakin torpaq qatı uçduğu üçün o, tarazlığını itirib.
Tələbə qız xəstəxanaya aparılarkən yolda aldığı ağır xəsarətlərdən keçinib.
Hadisə baş verən zaman Usolye rayonundakı dağda ümumilikdə dörd nəfər olub. İki nəfər yamacın yuxarı hissəsində, digər ikisi isə tələbə qızla birlikdə aşağıdakı çıxıntıda yerləşiblər.
Hazırda hüquq-mühafizə orqanları hadisənin başvermə şəraitini araşdırır.
Xuraman Etibarlı
İnterpress.az






