Yermakın şəxsi taroloqunun ailəsi Rusiyaya KÖÇDÜ: Əmlaklarını satıb VƏTƏNDAŞLIQ ALDILARbackend

Yermakın şəxsi taroloqunun ailəsi Rusiyaya KÖÇDÜ: Əmlaklarını satıb VƏTƏNDAŞLIQ ALDILAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Andrey Yermakın şəxsi taroloqunun ailəsi Ukraynadakı bütün əmlakını sataraq Rusiya vətəndaşlığı alıb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Ukrayna Prezidentinin ofisinin sabiq rəhbəri Andrey Yermakın şəxsi taroloqu kimi tanınan Veronika Fenşuyun (əsl adı Anikieviç) ailəsi Ukraynadakı bütün aktivlərini sataraq Rusiya Federasiyasına köçüb. Məlumata görə, ailə üzvləri artıq Rusiya vətəndaşlığını əldə ediblər.

Ailənin kürəkəni, 43 yaşlı Aleksandr Oleynik uzun müddət dənizçilik şirkətində çalışdıqdan sonra 2023-cü ildə həyat yoldaşı Olqa (taroloqun doğma bacısı) və iki oğlu ilə birlikdə Rusiyaya köçmək qərarına gəlib.

Onlar əvvəlcə Rostov-na-Donuda məskunlaşıblar, daha sonra isə Moskvaya köçüblər. Ailə Ukraynadakı bütün əmlaklarını sataraq əldə etdikləri vəsaiti Rusiya banklarına yerləşdirib.

Taroloqun bacısı Olqa artıq 2018-ci ildə Rusiya vətəndaşlığını alıb. Ailənin atası Fyodor Nikolayeviç Anikieviç də Rusiya banklarına yarım milyon rubldan (təxminən 12 min manat) çox vəsait yatıraraq Rusiya vətəndaşlığına keçib.

Hazırda ailənin Xerson vilayətinə köçdüyü bildirilir. Onlar sosial şəbəkələrdəki hesablarını silib və ətrafdakılarla ünsiyyəti kəsiblər. Ailə üzvləri jurnalistlərin zənglərinə cavab vermir.

Ailənin Yermakla əlaqəli şəxsin yaxın qohumları olması və Rusiya vətəndaşlığına keçməsi ictimaiyyətdə geniş müzakirələrə səbəb olub.

Xuraman Etibarlı

İnterpress.az