Seulda estakadanın sökülməsi zamanı qismən uçqun baş verib.
İnterpress.az xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.
Cənubi Koreyanın paytaxtı Seulda estakadanın sökülməsi işləri zamanı bədbəxt hadisə qeydə alınıb. Tikinti konstruksiyasının qismən çökməsi nəticəsində azı altı nəfər xəsarət alıb.
Hadisə yerinə dərhal xilasetmə qrupları və təcili tibbi yardım briqadaları cəlb olunub.
Yaralılar müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanalara çatdırılıblar.
Hazırda hüquq-mühafizə orqanları və müvafiq qurumlar tərəfindən tikinti-söküntü işlərində təhlükəsizlik qaydalarının pozulması faktı ilə bağlı araşdırmalara başlanılıb.

Xuraman Etibarlı
İnterpress.az






