İsrailin Livana endirdiyi hava zərbəsi nəticəsində azı 12 nəfər həlak olub
İnterpress.az xəbər verir ki, bu barədə Livanın dövlət agentliyi “NNA” məlumat yayıb.
İsrail ordusu Livanın şərqində yerləşən kəndlərdən birinə hava zərbəsi endirib. Mayın 25-i gecə saatlarında Beka vadisində həyata keçirilən hücum nəticəsində ilkin məlumatlara görə, 12 nəfər həyatını itirib.
Xilasedicilər gecə boyu davam edən silsilə zərbələrdən sonra Livanın cənub və şərq hissəsində dağıntılar altından cəsədləri çıxardıqlarını bildiriblər.
Hücum İsrailin Baş naziri Binyamin Netanyahunun “Hizbullah”ın bütün Livan ərazisindəki obyektlərinə qarşı zərbələrin gücləndirilməsi barədə göstərişindən sonra baş verib.
İsrail ordusu konkret olaraq bu zərbə ilə bağlı şərh verməsə də, daha əvvəl ölkənin şərqində “Hizbullah”ın infrastrukturunu hədəf aldıqlarını bəyan etmişdi.
Bölgədə gərginlik yüksək olaraq qalır, xilasetmə işləri dağıntılar altında davam edir.
Xuraman Etibarlı
İnterpress.az






