İndoneziyada asma körpü ÇÖKDÜ – İki avstriyalı turist HƏYATINI İTİRDİbackend

İndoneziyada asma körpü ÇÖKDÜ – İki avstriyalı turist HƏYATINI İTİRDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İndoneziyada asma körpünün çökməsi nəticəsində iki avstriyalı turist həlak olub.

İnterpress.az xəbər verir ki, bu barədə “Hey Bali News” məlumat yayıb.

İndoneziyanın Flores adasında yerləşən Çunça-Vulanq şəlaləsinə yürüş edən iki avstriyalı turist faciəli şəkildə həyatını itirib. 56 yaşlı Astrid və 54 yaşlı Yurgen taxta asma körpü ilə keçərkən konstruksiya qəflətən çöküb.

Turistlərin bələdçisi bildirib ki, faciədən saniyələr əvvəl onlar kameraya gülümsəyirmişlər: “Birdən ağacın sınması kimi çox gur bir səs eşitdim, elə bil böyük bir budaq düşürdü”.

Yerli hakimiyyət orqanlarının məlumatına görə, cütlük körpünün təxminən 10 metrliyində olarkən körpü dağılıb. Onlar 20 metr hündürlükdən qayalı çay yatağına yıxılıblar.

Xilasedicilər hər iki turistin meyitini hadisə yerində aşkarlayıblar. Sahilin sıldırımlı olması, çayın dar yatağı və sürüşkən qayalar səbəbindən cəsədlərin çıxarılması bir neçə saat çəkib.

Faciədən sonra şəlalə ərazisi müvəqqəti olaraq bağlanılıb, orada təhlükəsizlik yoxlamalarının aparılması nəzərdə tutulur.

Xuraman Etibarlı

İnterpress.az