Rusiyada KÜTLƏVİ ZƏHƏRLƏNMƏ: 50 nəfər xəstəxanadadırbackend

Rusiyada KÜTLƏVİ ZƏHƏRLƏNMƏ: 50 nəfər xəstəxanadadır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Pyatiqorskda kafedə kütləvi zəhərlənmə nəticəsində 50 nəfər xəstəxanaya yerləşdirilib.

İnterpress.az xəbər verir ki, bu barədə Stavropol diyarının Səhiyyə Nazirliyi məlumat yayıb.

Rusiyanın Pyatiqorsk şəhərində yerləşən kafelərin birində kütləvi qida zəhərlənməsi hadisəsi baş verib.

İlkin məlumata görə, zəhərlənən 50 nəfər xəstəxanaya çatdırılıb.

Xəstəxanaya yerləşdirilən şəxslərə lazımi tibbi yardım göstərilir. Onların vəziyyəti ilə bağlı həkimlərin nəzarəti davam edir.

Hazırda hadisənin başvermə səbəbləri və qida təhlükəsizliyi qaydalarının pozulması faktı ilə bağlı araşdırmalara başlanılıb.

Xuraman Etibarlı

İnterpress.az