Mahaçqalada 6 nəfər dəm qazından zəhərlənib.
İnterpress.az xəbər verir ki, bu barədə Dağıstanın Fövqəladə Hallar Nazirliyinin (FHN) regional baş idarəsi məlumat yayıb.
Mahaçqalada dəm qazından kütləvi zəhərlənmə faktı qeydə alınıb. Hadisə nəticəsində 6 nəfər zərər çəkərək tibb müəssisələrinə çatdırılıb.
Həkimlərin verdiyi məlumata görə, zəhərlənənlərin vəziyyəti orta-ağırdır və stabildir. Onların həyatı üçün hazırda hər hansı bir təhlükə yoxdur.
Hazırda mütəxəssislər hadisənin baş verdiyi məkanda araşdırmalara başlayıb, dəm qazının sızma səbəbləri müəyyənləşdirilir.
Xuraman Etibarlı
İnterpress.az






