İraqda Britaniya əsgəri təlim zamanı HƏLAK OLDUbackend

İraqda Britaniya əsgəri təlim zamanı HƏLAK OLDU

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Britaniya ordusunun hərbçisi İraqın şimalında təlim zamanı bədbəxt hadisə nəticəsində həlak olub.

İnterpress.az xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyi məlumat yayıb.

Mayın 31-də İraqın şimalında keçirilən hərbi təlimlər zamanı Britaniya ordusunun hərbçisi faciəvi şəkildə dünyasını dəyişib.

İlkin məlumatlara görə, ölüm bədbəxt hadisə nəticəsində baş verib.

Nazirlikdən verilən açıqlamada hərbçinin yaxınlarına başsağlığı verilib və hadisənin təfərrüatlarının araşdırıldığı bildirilib.

Hazırda hadisə ilə bağlı təhqiqat işləri davam etdirilir, təhlükəsizlik qaydalarının pozulub-pozulmadığı yoxlanılır.

Xuraman Etibarlı

İnterpress.az