İraqın ərazi sularında NAMƏLUM HÜCUM: Konteyner gəmisi VURULDU – VİDEObackend

İraqın ərazi sularında NAMƏLUM HÜCUM: Konteyner gəmisi VURULDU – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İraqın ərazi sularında konteyner gəmisi hücuma məruz qalıb.

İnterpress.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

İraqın ərazi sularında naməlum şəxslər tərəfindən konteyner gəmisinə hücum edilib.

Məlumata görə, hücum nəticəsində gəminin gövdəsində partlayışın yaratdığı böyük bir deşik əmələ gəlib.

Hadisə yerinə dərhal müvafiq təhlükəsizlik qüvvələri cəlb olunub. Gəmiyə dəyən ziyanın miqyası və hücumun kim tərəfindən həyata keçirildiyi barədə araşdırmalar aparılır.

Regionda gəmiçilik təhlükəsizliyi ilə bağlı tədbirlər gücləndirilib.

Xuraman Etibarlı

İnterpress.az