İraqda nazir müavini HƏBS EDİLDİ – Evindən silah anbarı ÇIXDIbackend

İraqda nazir müavini HƏBS EDİLDİ – Evindən silah anbarı ÇIXDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İraqın neft nazirinin müavini həbs edilib. Evindən külli miqdarda silah-sursat aşkarlanıb.

İnterpress.az xəbər verir ki, bu barədə İraqın hüquq-mühafizə orqanları məlumat yayıb.

İraqın neft nazirinin müavini Adnan əl-Cəmili keçirilən xüsusi əməliyyat nəticəsində həbs edilib.

Aparılan axtarışlar zamanı yüksək vəzifəli məmurun evindən tam bir cəbbəxana – çox sayda müxtəlif növ silah və sursat aşkarlanaraq müsadirə olunub.

Saxlanılan şəxs və onun evində aşkar edilən silah-sursatla bağlı müvafiq araşdırmalar davam etdirilir.

Hüquq-mühafizə orqanları nazir müavininin silahları hansı məqsədlə saxladığını və onun cinayət əlaqələrini araşdırır.

Xuraman Etibarlı

İnterpress.az