Aksarayda 25 yaşlı tikinti işçisi tarazlığını itirərək metal məhəccərə yıxılıb.
İnterpress.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Türkiyənin Aksaray şəhərində tikinti obyektində 25 yaşlı fəhlənin iştirakı ilə ağır bədbəxt hadisə baş verib.
İş zamanı müvazinətini itirən gənc işçi binanın metal məhəccərlərinin (barmaqlıqların) üzərinə yıxılıb.
Hadisə yerinə dərhal yanğınsöndürmə və xilasetmə qrupları cəlb olunub.
Xilasedicilər dəmir çubuğu kəsərək, gənc işçini bədənində həmin çubuq qalmış vəziyyətdə xəstəxanaya çatdırıblar.
Pasiyentin vəziyyətinin ağır olduğu və həkimlərin onu xilas etmək üçün təcili əməliyyata başladığı bildirilir.
Xuraman Etibarlı
İnterpress.az






