Dəhşətli GÖRÜNTÜLƏR: Kişi sevgilisinin 18 aylıq körpəsini döyərək ÖLDÜRDÜ – VİDEObackend

Dəhşətli GÖRÜNTÜLƏR: Kişi sevgilisinin 18 aylıq körpəsini döyərək ÖLDÜRDÜ – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hindistanda rədd edilən kişi 1,5 yaşlı körpəni döyərək öldürüb.

İnterpress.az xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.

Hindistanda insanlığa sığmayan qətl hadisəsi baş verib. Evli bir qadınla münasibət qurmaq istəyən, lakin rədd cavabı alan şəxs intiqam məqsədilə qadını uzun müddət təqib edib.

Bir gün o, hirsini qadının azyaşlı oğlundan çıxarıb və 1,5 yaşlı körpəni vəhşicəsinə döyərək öldürüb.

Hadisədən sonra polis əməkdaşları tərəfindən saxlanılan zaman cinayətkar müqavimət göstərib. Polislər ona qarşı silah tətbiq edərək, ayağından yaralayıblar.

Hazırda faktla bağlı cinayət işi başlanılıb, qatilin məsuliyyətə cəlb edilməsi üçün istintaq tədbirləri davam etdirilir.

Xuraman Etibarlı

İnterpress.az