Məşhur prodüser Konstantin Meladze gizlicə Gürcüstan vətəndaşlığı alıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Məşhur rusiyalı və ukraynalı bəstəkar-prodüser Konstantin Meladze gizli şəkildə Gürcüstan vətəndaşlığını qəbul edib.
Bu, Ukrayna pasportundan sonra prodüserin ikinci vətəndaşlıq sənədidir. Gürcüstan qanunvericiliyinə əsasən, ölkə vətəndaşının eyni zamanda iki pasportu ola bilməz və o, köhnə vətəndaşlığından imtina etməlidir.
Digər vətəndaşlığı qorumaq yalnız ölkə prezidentinin şəxsi icazəsi ilə mümkündür. Lakin Meladze Gürcüstanın hazırkı prezidenti Mixail Kavelaşvilidən belə bir rəsmi təsdiq almayıb.
Bu isə o deməkdir ki, musiqiçi çox böyük ehtimalla Ukrayna vətəndaşlığından rəsmən imtina edib.
Meladze hazırda İtaliyada yaşayır. Maraqlıdır ki, o, bir qədər əvvəl Ukraynada yeni nəsil ID-kart (şəxsiyyət vəsiqəsi) alarkən “Şotoviç” ata adından məhrum olmuşdu. Çünki rəsmi Kiyev bu cür ata adlarının qeyd olunmasını sovet dövrünün qalığı hesab edərək ləğv edib.
Xuraman Etibarlı
İnterpress.az






