Saxalində balıqçı nəhəng tuna əvəzinə tilovuna düşən köpəkbalığı ilə mübarizə aparıb.
İnterpress.аz xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Rusiyanın Saxalin vilayətinin Nevelsk rayonu sahillərində qeyri-adi hadisə baş verib. Nəhəng tuna balığı tutmaq üçün dənizə çıxan yerli sakinin tilovuna gözlənilmədən yırtıcı köpəkbalığı düşüb.
Balıqçı tilovunu itirmək istəmədiyi üçün köpəkbalığı ilə təkbaşına uzunmüddətli və təhlükəli mübarizə aparıb.
Yırtıcını sudan dartıb çıxarmaq olduqca çətin olsa da, o, bahalı tilovundan imtina etməkdən boyun qaçırıb.
Hadisə ətrafdakı digər balıqçılar tərəfindən maraq və təəccüblə qarşılanıb.
Saxalin sahillərində bu növ yırtıcıların tilova düşməsi nadir hallarda baş verən hadisələrdən hesab olunur.
Xuraman Etibarlı
İnterpress.аz






