İdman zalında BƏDBƏXT HADİSƏ: 180 kq ştanq gəncin üzərinə DÜŞDÜ – VİDEObackend

İdman zalında BƏDBƏXT HADİSƏ: 180 kq ştanq gəncin üzərinə DÜŞDÜ – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məşq zamanı 180 kiloqramdan çox ağırlığı olan ştanq idmançının sinəsinə düşüb.

İnterpress.аz xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

İdman zalında ağır çəki ilə məşq edən gəncin başına dəhşətli bədbəxt hadisə gəlib. Uzanaraq ştanqı sinədən qaldırma hərəkəti yerinə yetirən idmançının üzərinə 180 kiloqramdan çox ağırlığı olan ştanq düşüb.

Ağır dəmir idmançının sinə qəfəsini tamamilə əzərək kəskin şəkildə sıxıb. Zalda olan saniyəlik diqqətsizlik gəncin müvazinətini itirməsinə və ağır çəkini əlindən qaçırmasına səbəb olub.

Ağır bədən xəsarətləri alan gəncin dərhal xəstəxanaya çatdırıldığı bildirilir.

Mütəxəssislər ağır çəkilərlə məşq edərkən mütləq şəkildə köməkçinin nəzarəti altında hərəkət etməyin həyati əhəmiyyət kəsb etdiyini xatırladırlar.

Xuraman Etibarlı

İnterpress.аz