Moskvada 23 yaşlı repetitor şagirdinin evini qarət etməyə cəhd edib.
İnterpress.аz xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Moskvada 23 yaşlı repetitor şagirdinin mənzilini qarət etməyə cəhd edərkən cinayət başında yaxalanıb. Bu barədə paytaxt hüquq-mühafizə orqanlarının mətbuat xidməti rəsmi məlumat yayıb.
Məlumata görə, evdəki şübhəli səs-küyə oyanan yeniyetmə şagird dərhal atasına zəng edərək kömək istəyib. Zəngdən sonra dərhal evə qayıdan ata “müəllimi” seyfin qarşısında, əlində pul dolu zərflə yaxalayıb.
Repetitorun dərslər keçdiyi müddətdə mənzilin planını gizlicə öyrəndiyi, ailənin qapını kilidləmədiyini və seyfin açarlarının görünən yerdə saxlandığını bildiyi müəyyən edilib.
Hadisə yerinə çağırılan polis əməkdaşları tərəfindən cinayət başında yaxalanan repetitor saxlanılaraq nəzarətə götürülüb.
Faktla bağlı oğurluğa cəhd maddəsi ilə cinayət işi başlanılıb və zəruri araşdırmalar davam etdirilir.
Xuraman Etibarlı
İnterpress.аz






