Stavropolda istirahət mərkəzində kütləvi zəhərlənmə: 79 nəfər xəsarət alıb
İnterpress.аz xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Rusiyanın Stavropol diyarındakı istirahət mərkəzlərindən birində baş verən kütləvi zəhərlənmənin əsas səbəbi bəlli olub.
Regional operativ xidmətlərin araşdırmaları nəticəsində məlum olub ki, kütləvi zəhərlənməyə tərkibində təhlükəli bakteriyalar olan yoluxucu toyuq budları səbəb olub.
Diyarın Səhiyyə Nazirliyinin verdiyi dəqiqləşdirilmiş məlumata görə, qidadan zəhərlənmə nəticəsində 25-i azyaşlı uşaq olmaqla, ümumilikdə 79 nəfər zərər çəkib.
Vəziyyəti kəskinləşən 53 nəfər dərhal xəstəxanalara yerləşdirilib.
Hazırda istirahət mərkəzində fəaliyyət göstərən qida obyektində yoxlamalar davam etdirilir.
Sanitar-epidemioloji qaydaları pozan və keyfiyyətsiz məhsulları tədarük edən şəxslərin məsuliyyətə cəlb edilməsi məqsədilə rəsmi araşdırmalara başlanılıb.
Xuraman Etibarlı
İnterpress.аz






